Rusiya, Belarus, Qazaxıstan və Ukrayna gələcəkdə yeni ittifaq dövləti yarada bilərlər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov söyləyib. Bu dövlətin SSRİ-nin yeni formatı ola biləcəyini söyləyən Züqanov bunun üçün hansısa ölkənin suverenliyi, dil və mədəniyyətinə son qoyulmayacağını bildirib. O, bu ittifaqın gələcəkdə böyük potensiala sahib ola biləcəyini deyib.

Qeyd edək ki, bundan öncə SSRİ-nin son prezidenti Mixail Qorbaçov SSRİ-nin yeni formatda bərpasının mümkün olduğunu bildirib.