Türkiyənin məşhur Sabancı ailəsinin üzvü Arzu oğlu Hakanın müğənni Hadisə ilə münasibətdə olması xəbərinə sərt reaksiya verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət öncə pop ulduzun Sabancı ailəsinin gənc üzvü ilə münasibətdə olduğu xəbəri yayılmışdı.

Hakanın anası isə yayılan şaiyələrə məhəl qoymadığını və oğlunun özündən 7 yaş böyük ulduzla münasibətinə razılıq vermədiyini bildirmək üçün Hadisəni sosial şəbəkələrdə izləməkdən imtina edib.

Qeyd edək ki, A.Sabancı bir müddət əvvəl müavini olduğu MİKA-DER dərnəyində çıxışına görə Hadisəyə təriflər yağdırmış, onu yardımsevər adlandırmışdı. Müğənninin bundan sonra bu dərnəyin tədbirlərində yer alıb almayacağı sual altındadır.

Hakan-Sabanci-azeuro-1arzu-sabanci-azeuro-1