Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

AzEuroNews.com-un məlumatına görə, hadisə axşam saatlarında Ələt-Astara magistralının Parakənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini 33 yaşlı Baba Islam oğlu Aslanov “Suzuki” markalı avtomobillə Ələt istiqamətində hərəkətdə olan zaman Lənkəranın Parakənd kənd sakini, 47-yaşlı Şaiq Bəşirov qəfil yola çıxıb. Nəticədə sürücü onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadanı Baba Aslanov idarə etdiyi avtomobillə Lənkəran mərkəzi rayon xəstəxanasına çatdırsada yaralının həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan aldığımız məlumata görə piyada Şaiq Bəşirov hadisə vaxtı sərxoş vəziyyətdə olub. İlkin ehtimala görə qəzaya səbəb sərxoş piyadanın qəfil yola çıxması göstərilir. Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam edir.

qeza-azeuro-1