Türkiyənin ali televiziya qurumu RTÜK tamaşaçıların şikayətləri əsasında məşhur serialları cəzalandırıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, seriallarda uşaq istismarı, uşaqlara qarşı fiziki zorakılıq, qadına qarşı zorakılıq, arqo ifadələr, spirtli içkilərin nümayiş etdirilməsi, ailə, mədəni və əxlaqi dəyərlərə zidd, intim görüntülərin yer alması ilə bağlı şikayətlər edilib.

RTÜK bunları nəzərə alaraq “Arka Sokaklar”, “Kalbimdeki Deniz”, “Anne”, “Kırgın Çiçekler” və “İçerde” seriallarına pul cəriməsi kəsib.

Bu qərar sosial mediada birmənalı qarşılanmayıb. Qarşı tərəflər bununla bağlı açıqlama verməyiblər.