Xalq artisti Faiq Ağayev “Nə məsələdir?” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin musiqisi Rabil Səfərliyə, sözləri Rauf Sübhiyə aiddir.

F.Ağayev mahnını ilk dəfə ötən gün qonaq olduğu “Nəsib olsa” verilişində ifa edib.

Qeyd edək ki, müğənni dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında solo konsert verəcək. Tədbirə biletlərin qiyməti 20 manatdan 120 manata kimidir. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.