ABŞ prezidenti Barak Obama cümə günü 2017-ci maliyyə ilində hərbi ehtiyatlara ayrılacaq pul vəsaiti haqqında qanun layihəsini imzalayıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Pentaqonun büdcəsinin ölçüsü təqribən 618,7 mlrd. dollar təşkil edəcək.

Sənəd Rusiya ilə hərbi əməkdaşlığa vəsait ayrılmasını qadağan edir.