İngiltərənin “Tottenhem” klubu qapıçı Mixel Vormla müqavilə müddətini artırıb.

“Report”un məlumatına görə, 33 yaşlı qapıçı 2018-ci ilə qədər London klubunda çıxış edəcək.

Hollandiyalı qolkiper 2014-cü ildə “Tottenhem”ə transfer olub. O, 5 rəsmi matçda meydana çıxıb və 3 qol buraxıb.

Vorm komandanın ikinci qapıçısıdır.