Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb. AzEuroNews.com-un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Balaxanı qəsəbə sakini qabil Ələkbərov idarə etdiyi “Otoyol” markalı 105 saylı xətt avtobusu ilə yolu keçən Lerik rayon sakini Zəminə Əliyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Hazırda faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.