Hər qadın həyatında bir dəfə də olsa özünə sual verir ki, “Qısa saç mənə yaraşır?” Buna baxmayaraq, bütün qadınlar uzun zülflərindən ayrılmaqdan qorxurlar, çünki yanlış kəsim olanda əvvəlki uzunluğa qayıtmaq üçün aylarla gözləmək lazım gəlir.

AzEuroNews brightside.me-yə istinadən bugün sizinlə qısa saçın sizə yaraşdığını müəyyən etməkdə kömək edə biləcək sadə bir qayda paylaşır:

Şəxsi saç qulluğu brendi olan əfsanəvi ingilis stilisti Con Freda 2.25 adlanan sehrli üsulu kəşf edib. Onun sözlərinə görə, qısa saçın sizin unikal üz formanıza uyğun olub-olmadığını müəyyən etmək üçün lazım olan bir xətkeş və bir qələmdir.Bu düstura əsasən növbəti addımları atın:

sac-azeuro-1

  1. Çənə altından bir qələm qoyun, sonra şaquli qulaq altında bir xətkeş yerləşdirin. Sizə  90° bucaq alındırmaq lazımdır.
  2. Qulağın dibindən xətkeşlə qələmin kəsişdiyi nöqtəyə olan məsafəni ölçün. Əgər məsafə 2.25 düymdan (1 düym=2.54sm) azdırsa, onda sizin üzünüz qısa saç üçün yaradılıb. Əgər 2.25 düymdan uzundursa, sizin üçün uzun saç daha yaxşı seçimdir.Gəlin bu üsula Mişel Uilyams və Liv Taylor nümunəsində baxaq:

sac-azeuro-2

Qısa saç Mişelə mükəmməl yaraşır, Liv isə uzun saçlarıyla valehedici görünür.

Cohn Freda deyir ki, “Bunun hamısı ölçülərlə bağlıdır. ”Stilistlər deyir ki, bu metod etibarlı və dəqiqdir. Əgər fikrinizdə qısa saç varsa, qələm və xətkeşlə sifətinizi ölçün. Ya da heç bir qaydaya məhəl qoymadan sizi nə xoşbəxt edirsə onu edin!