“Sony Music” şirkəti Britni Spirsdən üzr istəyib.

Axşam.az-ın BBC-yə istinadən məlumatına görə, onlar dünən rəsmi Tvitter səhifəsindən pop ulduzun öldüyünü xəbər verən tvit üçün rəsmi üzrxahlıq ediblər.

Qeyd edək ki, “Sony Music Global” hesabından yayılan bir tvitdə Britninin avtomobil qəzasında öldüyü deyilib. “OurMine” haker qrupu hadisəni öhdələrinə götürərək “Sony”nin hesabını əla keçirdiklərini bildiriblər.