Hər birimiz üçün yaxşı səyahətin xüsusi meyarları mövcuddur. Biri üçün bu şən kompaniyadı, digəri üçün isə komfortlu nömrədir. Amma istənilən halda hər bir səyahəti korlaya biləcək ümumi amillər mövcuddur.

AzEuroNews adme.ru-ya istinadən, 2017-ci ildə getmək məsləhət olmayan yerlərin siyahısını və onlara layiqli alternativ təklif edir.

Ən hündür binalar

bina-azeuro-1

Dəyməz: Dubay

Şəhər dünya sərgisi olan Expo 2020-yə hazırlaşır və bu tədbir ərəfəsində burada çoxlu sayda möhtəşəm binalar inşa edilir. Məsələn, yeni göydələn The Tower (Qüllə) plan üzrə sərginin başlanğıcında açılacaq və dünyanın ən yüksək binası olacaq. Həmçinin 2017-ci ildə bir çox görməli yerlər yenidənqurma işləri səbəbiylə bağlı olacaq. Ona görə də bu böyük tədbir keçiriləcəyi 2020-2021 müddətində bura səfərinizi təxirə salasız.

Dəyər: Honkonq

Bu şəhərdə dünyanın ən hündür hoteli The Ritz-Carlton Hong Kong (Ric Karlton) var. Alış-veriş həvəskarlarlarına lüks butiklər və orijinal bazarlar maraqlı olacaq, ağız dadını bilən insanları isə Honkonqda dünyanın ən münasib qiymətə olan mişlen restoranları gözləyir. Dəniz xəstəliyindən qorxmayanlar, Cənub-Çin dənizi üzrə qırmızı yelkənlərin altında dəniz səyahətinə çıxa bilərlər.

Mərcanlar və dalğıclıq

baliq-azeuro-1

Dəyməz: Böyük Rif Səddi

Yüksək hərarət təsiri altında mərcanların kütləvi qırılması başlayıb. Alimlər hesab edirlər ki, vəziyyət getdikcə yaxşılaşacaq, amma hələlik dünyanın yeddinci möcüzəsini ziyarət etmək fikrindən daşınmaq yaxşıdır.

Dəyər: Atauro adası

Cırtdan-dövlət Şərqi Timora aid olan bu kiçik ada bütün dünyada mərcanların və rif balıqlarının müxtəlifliyi ilə tanınır. Ərazi sualtı üzgüçülük, dalğıclıq və saf tropik təbiət sevənlər üçün maraqlı olacaq.

Nyu-Yorkun işıqları

nyu-york-azeuro-1

Dəyməz: Tayms –meydanı

“Əsl Nyu-York”  anlayışı var və o, az dərəcədə Manhettendə yerləşən Tayms- meydanına aiddir, baxmayaraq ki, Kerri Bredşou bu yeri çox sevirdi. “Əsl Nyu-York” əşyalarından fərqli olaraq, bugünlərdə burada daha çox neon yazılara, turistlərə və selfi-çubuqlarına rast gəlmək olar.

Dəyər: Bruklin

Əvvələr Bruklində tikinti üçün yer Manhettendən daha çox idi, ona görə də bura xeyli genişdi və çox daha rahat nəfəs almaq olur. Küçə musiqiçiləri, rahat kiçik kafelər, məşhur Brayton çimərliyi və əlbəttə ki, möhtəşəm Bruklin körpüsü- Nyu-Yorkun bu hissəsində hərşey var.

Sirli Hindistan

hindistan-azeuro-1

Dəyməz: Yeni Dehli

Hindistanın paytaxtı öz ecazkar qarmaqarışıqlığıyla çox turistləri cəlb edirdi, indi isə şəhər duman səbəbiylə zülmətə bürünüb. Ekspertlərin fikrincə, belə güclü və zərərli tüstü dumanı 17 il ərzində olmayıb.

Dəyər: Banqalor

Bugün Banqalor Hindistanın yaşamaq və istirahət etmək üçün ən əlverişli yerlərindən biridir. Əgər bir müddət əvvəl şəhər “təqaüdçü” istirahət mərkəzi kateqoriyasında idisə, hazırda bura ölkədə görülə biləcək ən maraqlı, dəbli və mədəni mərkəz sayılır.

Qədim saatlar

london-azeuro-1

Dəyməz: London

Biq-Ben Londonun ən orijinal turistik yerlərindən biridir və bir saatdan bir çalan zəngi isə dumanlı Albionun ayrılmaz hissəsinə çevrilmişdir. Lakin 157 il ərzində ilk dəfə saat qülləsi bərpa üçün bağlanacaq, və bu deməkdir ki, şəhər öz ləzzətini itirəcək. Başqa sözlə, London bir az əksik qalacaq, ona görə bura 3 ildən sonra gəlmək daha yaxşı olar, proqnozlara əsasən bərpa işləri 3 il çəkəcək.

Dəyər: Praqa

Praqanın astronomik saatları (yaşına görə dünyada üçüncüdür) Çexiya paytaxtının əsas attraksionlarından biridir. Saat mexanizminin üzərində bir neçə kiçik pəncərə zəng vurulanda açılır və ordan insan qüsurlarının rəmzi olan kiçik insan fiqurları ortaya çıxır. Və bir də Praqa səliqəli küçələri və digər qədim şəhərə xas olan görməli yerləri ilə qrotesk memarlığının nümunəsidir.

Yıxılan qüllələr

qulle-azeuro-

Dəyməz: İbiza

Bugün İbiza Avropanın ən müasir istirahət mərkəzidi. Siz çətin ki, hansısa cazibədar sahildə xəlvətə çəkilə biləsiniz, çünki adanın demək olar ki, hər kvadrat santimetri gənc turistlərlə doludur. İbizanın əsas görməli yerləri- klub musiqisi sədaları altında rəqs etmək və qeyri-adi kokteyllərdir, əgər kimsə səyahət zamanı dincəlməyi planlaşdırırsa, digər istiqamətə baxmağı tövsiyyə olunur.

Dəyər: Akva Amarqa

Hər halda kimsə İspaniyaya çox getmək istəyirsə, buyurun Akva Amarqa dəvət edir. Bu yaxınlara qədər heç kimə tanış olmyan bu ərazi, bu gün regionun ən nüfuzlu kurortlarından birinə çevrilmişdir. Endülüs üslubunda olan gözəl otellər, qayaların əhatəsində olan cənnət sahilləri və bütün bunlar keyfiyyətli xidmətlə birlikdə. Yaddaqalan istirahət üçün daha nə lazımdır?