Cənubi Koreyalı alim tərəfindən hazırlanmış nəhəng robot ilk addımlarını atıb.

AzEuroNews bbc-yə istinadən xəbər verir ki, 4 metr hündürlüyündə olan Method-2 adlı robot yeridikcə yer silkələnib.

Robot bədənində olan insan pilotun etdiyi hərəkətləri sonra robot təqlid edib.

“Transformer” və “Robocop” kimi filmlər üzərində çalışmış mühəndislər tərəfindən hazırlanmış robot, insanların gedə bilməyəcəyi həddən artıq təhlükəli ərazilərdə işləmək üçün nəzərdə tutulub.

Mühəndislər bildiriblər ki, daha sərbəst hərəkət etməsi üçün onun üzərində bir balaca işləmək lazımdır.

Robot tam hazır olanda təxminən 6.7 milyon dollar məbləğində satışda olacaq.