23 dekabrda premyerası keçirilən “Dönerse senindir” filmi ümidləri doğrultmayıb.

“Qafqazinfo” xəbər verir ki, Murat Boz, İrem Sak və Yasemin Allenin rol aldığı filmin kinoteatrlarda bilet satışı ürəkaçan olmayıb.

Ekran işi üç gün ərzində 142.352 insan tərəfindən izlənilib.

Qeyd edək ki, Murat Bozun rol aldığı birinci film- “Kardeşim benim” iki milyondan artıq insan tərəfindən izlənmişdi.

Xatırladaq ki, filmin yanvarın 5-də Nizami Kino Mərkəzində qala gecəsi keçiriləcək.