Sabirabadda dəmiryolu stansiyasından oğurluq etmək istəyənlər tutulub. AzEuroNews.com-un məlumatına görə, Sabirabad rayonunun Osmanlı dəmir yolu stansiyasının ərazisindən 70 ədəd rels birləşdiricisi oğurlamağa cəhd göstərən Şirvan şəhər sakini Məhərrəm Orucov və Sabirabad rayon sakini Şahin Mustafayev Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Şirvan Xətt Polis Şöbəsinə təhvil veriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.