Bugünədək çox sayda qiymətli kəşflər edilib, hansılar ki, bizə tarixə toxunmağı və onun müxtəlif dövrlərinin sirrlərini açmağa icazə verir.

AzEuroNews adme.ru-ya istinadən təqdim edir:

    Terrakota ordusu

terakt-azeuro-1

Bu qazıntılar alimlərə Çinin birinci imperatorunun idarəçiliyinə yeni nəzərlə baxmağa imkan vermişdir.

1947-ci ildə Şiyan əyalətindən olan fermer quyu qazarkən bu böyük ordunu aşkarlayıb. O, düz böyük imperator Tsin Şixuandinin qəbri qarşısında basdırılıb ki, döyüşçülər axirət dünyasında da onu qoruya bilsinlər. Qəribədir ki, baxmayaraq ki qoruyan ordu təxminən 60 il əvvəl aşkar edilib, imperatorun öz qəbri isə hələ də tapılmayıb.

            Ölü dənizin kağız bükülüləri

olu-deniz-azeuro-1

İlk dəfə İncil kitabının ən qədim fraqmentləri tapılıb.Ölü dənizin şimal-qərb sahillərinin bir neçə yerlərində qədim əlyazmalar kolleksiyası tapılıb. Alimlər aydınlaşdırmışlar ki, bu bükülülər, ən qədim Köhnə Əhd əlyazmasından 1 000 il əvvəl yaradılmışdır. Bundan başqa, bu mətnlər sayəsində indi biz bilirik ki, o uzaq zamanlarda həyat necə inkişaf edib.

    Behistun yazısı

behistun-azeuro-1

B.e.ə VI əsrədək olan tarixi hadisələrin təsviri.Bu yazı Robert Şerli ingilis tərəfindən,  hələ 1598-ci ildə onun İranda diplomatik missiyası zamanı aşkar edilib. O, çar Böyük Dаranın əmri ilə yonulmuş çoxdilli mətndir. Qayanın üzərində ki yazılar e.ə.523-521 illərin hadisələrindən bəhs edir. Bu yazılara sayəsində arxeoloqlar Mesopotamiya, Şumer, Akkad, Aşşur və İran kimi məşhur sivilizasiyalarını öyrəndilər.

                                                          Olduvay dərəsi

olduvay-azeuro-1

İbtidai insanların və heyvanların əvvəllər məlum olmayan yaşayış ərazisi.

Bu dərə – dərhal bir çox tarixdən qabaqkı dövr tapıntılarının ərazisidir. Olduvay 1911-ci ildə alman entomoloqu Vilqem Kattvinkel tərəfindən kəşf edilib: Alim kəpənək ovu zamanı düz dərəyə düşüb. Orada qədim insanların 3 müxtəlif növləri tapılmışdır, o cümlədən avstralopitek, bacarıqlı insan və qamətli insan.

                                              Angkor-Vat məbədi

anqkor-var-azeuro-1

Dünyada ən böyük dini tikili. İlk belə nəhəng daş qurğuları haqqında qeydlər 1601-ci ilə aiddir. Onda İspaniyadan olan Marselo Ribandeyro təsadüfən Kamboca cəngəlliklərində qəribə Angkor-Vat məbədinə rast gəlmişdi. Sonra məbədin yaranma sirri açılmamış, hər kəs daş bina haqqında 200 il müddətinə qədər unutmuşdu.

Angkor-Vat (“şəhəri-məbədi”) – dünyada ən böyük ibadət tikilisidir.

                              Troya

troya-azeuro-1

Qazıntılar nəticəsində 46 mədəni təbəqə aşkar edilib. Homer və Verqiliyanın poemalarından bizə məlum olan, qədim İlion şəhəri, 1870-ci illərdə alman arxeoloqu Henrix Şliman tərəfindən kəşf edilib. Qazıntılardan sonra antik şəhərinin tarixi bir neçə dövrə bölünmüşdü – Troya I-dən Troya IX -kimi. Hesab olunur ki, homer Troyası – bu Troya VI -dır (e.ə. 1900-1300 illər).

Antikiter mexanizmi

antikiter-azeuro-1

Qədim Yunanıstanda yaradılmış bu qurğu, öz dövrünü xeyli qabaqlayırdı.

Bu, mexaniki qurğu 1901-ci ildə qədim batmış gəminin ərazisində tapılıb. Mexanizmin özü təxminən e.ə.100 il əvvəl aid edilir. Alimlər hesab edirlər ki, mexanizm Olimpiya oyunlarının başlanğıc tarixini müəyyənləşdirmək üçün xidmət etmişdir: qurğu 4-illik dövrü yüksək dəqiqliklə hesablamalı idi.

Qədim insan dişi

dis-azeuro-1

Qalıqlar, əvvəllər naməlum olan qədim insan növünə məxsus idi.

Biysk yaxınlığındakı Denisova mağarasında qədim insanın diş və əllərinin barmaq sümükləri tapılıb. Alimlər əmindirlər ki, bu arxeoloji tapıntıların ən azı 50 min il ömrü var. Araşdırmalardan sonra alimlər belə qənaətə gəlmişlər ki, vaxtilə Altay ərazisində indiyədək naməlum olan qədim insan növü yaşayıb. Tədqiqatçılar belə bir versiya da hallandırırlar ki, denisovların qara dərisi, saçları və qara gözləri vardı.

Pompey

pompey-azeuro-1

Məşhur qədim roma şəhəri. Roma müstəmləkəsi olaraq, bura çiçəklənən liman və kurort şəhəri idi, çoxsaylı evlər, abidələr, teatrlar və hamamlar bunu sübut edir. Pompeydə həmçinin amfiteatr, forum və bazilika yerləşirdi. Burada 20 000-ə yaxın sakin yaşayıb. 24 avqust e.ə. 79-cu ildə Vezuvinin püskürməsi zamanı şəhər tamamilə kül ilə örtüldü. Pompey 1599-ci ildə Domeniko Fontana tərəfindən tapılıb, lakin şəhərin qazıntıları yalnız 1748-ci ildə başlayıb. Pompey tədqiqatları, arxeoloqlara romalıların həyatını yenidən yaratmaq imkanı vermişdir.

Lasko mağarı

lasko-azeuro-1

Son paleolit dövrünün qayaüstü təsvirli mühüm abidəsi. Mağara 1940-cı il sentyabrın 12-də dörd yeniyetmə tərəfindən aşkar edilib. Qayanın içində 2 000-dən çox mücərrəd rəmzlər, heyvan və insan təsvirləri var. Heyvanlar arasında marallar, bizonlar, pişiklər, quşlar, kərgədanlar və ayılara rast gəlinir. Tədqiqatçılar hesab edirlər ki, insanlar Lasko mağarında yaşamırdılar, lakin burada öz rəsmlərini çəkmək üçün onu kifayət qədər tez-tez ziyarət edirdilər.

  Rozetta daşı

rozetta-azeuro-1

Misir yazısı oxumaya açar verən, daş piltə. Granodioritdən olan bu lövhə 1799-ci ildə Misirdə tapılmışdı və təxminən e.ə. 196 ilə aid edilir. Daşın üzərində çar V Ptolomeyə qədim yunan dilində, qədim misir heroqlifləri və misir demotik məktubu ilə təşəkkür yazısı möhürlənib. Daş məbəddə nümayiş olunub, sonra isə köçürüldü və tikinti materialı kimi Rozetta kəndinin qalası üçün istifadə olunub.

                                                             Maçu-Pikçu

macu-pikcu-azeuro-1

İnk mədəniyyətinin ən sirli abidəsi. Perunun şəhər-ziyarətgahı, inklərin məşhur qalası, təxminən 1440-cı ildə yaradılıb və 1532-ci ilə qədər mövcud olub. Onu, 1911-ci ildə Yels universitetinin amerikalı tarixçisi olan Hayram Binqem (Hiram Bingham) aşkar edib.

Maçu-Pikçunun mənzərəli xarabalıqları – son ink dövrünün ən yaxşı daş tikinti nümunəsidir. Abidəyə təxminən 200 otaq və ayrı-ayrı tikililər daxildir.