Fransanın Bordo şəhərində Beynəlxalq Şərab Yarışması keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən xəbərə görə, yarmarka gələn il aprelin 21-22-də baş tutacaq.

Azərbaycanda bu sahədə fəaliyyət göstərən sahibkarlar yarışmada iştiraka dəvətlidir. Tədbir haqqında ətraflı məlumat almaq istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.