İstanbul şəhərində yaşayış evlərinin satəş qiyməti son 5 ildə ilk dəfə olaraq aylıq müqayisədə aşağı düşüb. Türkiyənin bu şəhərində evin qiymətləri indeksi (KFE) oktyabrda əvvəlki ayla müqayisədə 0,36% azalıb, keçən ilin analoji dövrü ilə müqayisədə isə 13,52% artıb.

“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən hazırlanan evlərin qiymətləri indeksi hesabatında bildirilir.

Hesabata əsasən, yeni ev qiymət indeksi oktyabrda İstanbulda 0,66% artım göstərib. Türkiyə üzrə isə KFE oktyabrda aylıq müqayisədə 0,47% artaraq 222,43 bənd təşkil edib. (2010-cu il = 100)