Güclü qara görə Türkiyənin 19 əyalətində məktəblər bir günlüyə baxlanıb.

“Report” “Haber7″yə istinadən xəbər verir ki, bununla bağlı Ankara valiliyi açıqlama yayıb.

Məlumata görə, dekabrın 29-da Ankara, Bursa, Eskişehir, Uşak, Bilecik, Kütahya, Çankırı, Sinop, Afyonkarahisar, Manisa, Balıkesir, Denizli, Burdur, Kırşehir, Konya, Yozgat, Bolu, Isparta və Karamandakı məktəblər işləməyəcək.

Eyni zamanda, əlil və hamilə məmurlara da bir günlük icazə verilib.