Ermənistan Miqrasiya xidmətinin yaydığı rəsmi məlumata görə, son 11 ayda bir milyona yaxın vətəndaş ölkəni tərk edib.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Bu ilin yanvar-noyabr aylarında yalnız hava yolu ilə Ermənistanı tərk edən və geri qayıtmayan ölkə vətəndaşlarının sayı 10 min 839 nəfər olub. “Zvartnoç” Beynəlxalq Hava Limanından xaricə gedən ermənilərin sayı 963 min 309 nəfər, ölkəyə geri qayıdan şəxslərin sayı isə 957 min 787 nəfər olub. Gümrü şəhərində yerləşən “Şirak” aeroportundan isə 5 min 317 nəfər ölkə xaricinə çıxıb, 4 min 574 nəfər isə geri qayıdıb”.