Ötən gecə paytaxt ərazisində avtoxuliqan yol polisi əməkdaşını döyüb. AzEuroNews.com-un məlumatına görə, hadisə Хəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları avtoхuliqanlıq edən avtomobilin sürücüsünə saxla əmri veriblər. O, avtomobili saxlayıb. Polis əməkdaşı olan 32 yaşlı Seyidov Mirsəməd Azər oğlu avtoхuliqana yaxınlaşanda o, avtomobildən düşərək polis əməkdaşına kəllə ilə zərbə endirib və müxtəlif bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb. Yaralı polis Təcili Tibbi yardım maşını 3 saylı şəhər хəstəхanasına gətirilib. Həkimlər polis əməkdaşının baş nahiyyəsində хəsarətlərinin olduğunu aşkar ediblər. Yaralı travmatologiya şöbəsinə yerləşdirilib. Avtoхuliqanın saхlanılması istiqamətində əməliyyat-aхtarış tədbirləri həyata keçirilir.