Salyanda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub. AzEuroNews.com-un məlumatına görə, Salyan Rayon Polis Şöbəsinə Yunis Zərgərli 9 ünvanında, Rövşən Cavadova məxsus həyətyanı sahəyə meyit basdırılması barədə əməliyyat məlumatı daxil olub. Dərhal yaradılan əməliyyat istintaq qrupu hadisə yerinə yollanıb. Həyətyanı sahəyə keçirilən baxış zamanı məmumat təsdiqini tapıb. Meyit müayinə olunmçası üçün məhkəmə tibbi ekspertiza və potoloji anatomiya birliyinə göndərilib. Məlum olub ki, meyit Salyan sakini 26 yaşlı Elçin Mirqələm oğlu Qasımova məxsusdur. Qeyd edək ki, ötən ilin noyabr ayında Elçin Qasımovun qohumları rayon polis şöbəsinə müraciət edərək onun itkin düşməsi barədə məlumat veriblər. Keçirilən araşdırmalar zamanı Elçin Qasımovun qonşuluqda yaşayan Rövşən Cavadov tərəfindən qətlə yetirilməsi müəyyənləşdirilib. Məlum olub ki, Rövşən Cavadov qətli törətdikdən sonra məyiti həyətyanı sahədəki hamamın altında basdırıb sonra isə xarici ölkələrin birinə gedib. Rövşən Cavadov hazırda da ölkədən kənarda olduğundan, həyat yoldaşı Nazənin Cavadova və qızı şübhəli şəxs qismində polis şöbəsinə aparılıblar. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda Rövşən Cavadovun yaxalanaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir.