ABŞ-da yayımlanan “The Moment of Truth” (“Həqiqət anı”) yarışmasına 500 min dollar qazanmaq üçün qatılan qadın ərini aldatdığını etiraf edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Lauren Kleri adlı iştirakçı verilən suallara biabırçı dürüstlüklə cavab verib. Toy günü də daxil olmaqla evlilikləri boyunca həyat yoldaşını başqa bir kişi ilə aldatdığını etiraf edən qadının söylədikləri tamaşaçıları dəhşətə salıb.

Bu cavabdan sonra səhnəyə gələn Laurenin keçmiş sevgilisi Frankın “evlənməli olduğun  şəxsin mən olduğumu düşünürsənmi” sualına o, bəli cavabını verib. Xəyanətini etiraf etdikdən sonra tamaşaçılar arasında əyləşən Laurenin həyat yoldaşı “artıq eşidəcəyim başqa cavab qalmadı”, – deyə bildirib.

Lakin aparıcınının son olaraq “yaxşı bir insan olduğunu düşünürsənmi” sualına “bəli” cavab verməsi ilə o, həyat yoldaşından sonra pul mükafatını da itirib. Yalan detektoru qadının doğru demədiyini göstərib.

Proqram 2008-ci ildə yayımlansa da, yenidən gündəmə gəlib. Lauren adlı qadın həmin proqramdan sonra ərindən boşanıb və psixoloji problemlər yaşayıb. O, “Yarışmaya gedənə qədər problemlərimiz artıq var idi” deyib.