“Twitter” şirkəti sosial şəbəkədə yeni funksiyanın – 360 dərəcəlik videoyayımın istifadəyə verildiyini açıqlayıb.

İKT.lent.az-ın xəbərinə görə, artıq bəzi istifadəçilər öz səhifəsində “Periscope” xidmətindən yararlanaraq yeni formatda videolar yerləşdirə bilər.

“Bu gündən başlayaraq siz real vaxt rejimində dünyada baş verənləri 360 dərəcə formatında video ilə öyrənə bilərsiniz. Siz nüfuzlu tədbirlərin kuluarlarında olub, məşhur şəxsiyyətlərlə yaxından tanış olmaq imkanı qazanırsınız”, – deyə şirkətin açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunub ki, bütün videolar Live 360“ işarəsi ilə işarələnəcək. Lakin bu cür videoları yerləşdirmək hələlik məhdud sayda istifadəçi üçün əlçatan olacaq. Baxış isə hər kəsə açıqdır.