Xəstəxanada olan uşaqlar üçün, yeni il fotosesiyası

AzEuroNews kulturologia.ru-ya istinadən xəbər verir ki, hər uşaq yeni il gecəsinin sehrini xəyal edir, xüsusilə də bayramları xəstəxana palatasında keçirirsə..

Sağlamlıqları ilə əlaqədar həkimlərin nəzarətində olan uşaqlar darıxmasınlar deyə, fotoqraf Karen Alşop möcüzəvi layihə təşkil edib. “Yeni il xəyalı”: Kamera və fotoşopun köməyi ilə uşaqlara nağıl dünyalarına inanılmaz səyahətini təşkil edir. Və budur əsl Santa onları müşayiət edir.

Uşaqlar və onların valideynləri sehrli şəkilləri bayrama kimi əldə etsinlər deyə, şəkil çəkilişi 29 noyabrda təşkil olunub. Karen Melbrun (Avstraliya) xəstəxanaların birində çəkirdi. Sehrbaz fotoqraf, komandası elf-köməkçiləri  ilə birlikdə xəstəxananın boş otaqlarından birində avadanlıqlarla təchiz edərək, çəkiliş ərazisində reallaşdırıb. Hansı uşaqlar ki, yataq rejiminə riayət edirlər, Santa məhz palatanı ziyarət edərək,  balaca xəstələri heyranlıq içərisində qoyub.

Karen avadanlıqların vasitəsilə xəstəxanada çəkilən hər şəklin üzərində işləyib. Beləliklə, fotosesiyanın iştirakçıları nağılın qəhrəmanı olublar, hardaki şəhər qara bürünür, marallarla qarşılaşmaq olur, xəstəxəna avadanlıqları haqda isə sanki unudulur. Yeni ilin gəlişinə sehirli şəkilləri uşaqlara və onların valideynlərinə vermək üçün, Karenin komandası xəstəxanaya qayıdıb.

Öz veb-saytında Alşen Yeni ilə olan sevgisindən danışır, bu bayram – ailə ilə görüşü, şənlənmək anıdır. Bu layihəni dizayner uşaqlara ünvanlayıb, hansılarki fərqli səbəblərə görə, yeni ili evdə qarşılaya bilmirlər. O, anlayır ki, hər kəsin sevinc fonunda uşaq xəstəxanasının xəstələri öz əzablarını daha da ağır keçirirlər. Bu şəkillərlə o, onlara ümid bəxş edərək,  pis fikirlərdən azad edib, sensor və monitorlardan çəkindirmək istəyirdi.  Fotoqraf deyir – “ Mənim məqsədim, tale hələ onların üzlərinə güləcək deyə, onlarda inam yaratmaq idi”.

xeste-azeuro-1 xeste-azeuro-2 xeste-azeuro-4 xeste-azeuro-5 xeste-azeuro-6 xeste-azeuro-7 xeste-azeuro-9 xeste-azeuro-10 xeste-azeuro-23