Dünya futbolunun ulduzu Kriştianu Ronaldo Yeni il mahnısı oxuyub.

“Qafqazinfo” xəbər verir ki, futbolçu ifasını instaqram hesabında yerləşdirib. O, hamamda ənənəvi Yeni il mahnısı olan “We wish you a Merry Christmas”ı səsləndirib.

Qısa videorolikin sonunda Ronaldo “2017-ci ildə dünyada əmin-amanlıq arzulayıram! Yeni İliniz Mübarək!”,-sözlərini qeyd edib.