Yeni il gecəsi Türkiyənin İstanbul şəhərinin Ortaköy rayonundakı gecə klublarından birinə silahlı hücum olub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktı nəticəsində 39 nəfərin öldüyünü və onların 16-sının xarici ölkə vətəndaşı olduğunu bildirib.

“Ölənlərdən 21 nəfərin adı məlumdur, onlardan 16-sı əcnəbidir”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, yerli vaxtla 01.15-də edilən silahlı hücum nəticəsində 69 nəfər yaralanıb.

“Hücum edən şəxs tək olub. Terrorçu paltoda olub, terror aktından sonra isə paltarını dəyişib və klubdan digər geyimdə çıxıb. Bütün məlumatlar hüquq-mühafizə orqanları tərəfindən təhlil edilir. Qatilin yaxalanması istiqamətində əməliyyat aparılır”, – deyə Soylu bildirib.