Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktını qətiyyətlə pisləyib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, onun sözlərinə görə, vətəndaşlara hücum edərək, terrorçular və onların əlaltıları Türkiyədə xaos yaratmaq, asayişi və sabitliyi pozmaq cəhdlərini dayandırmırlar.

“Əminəm ki, Türk xalqı soyuqqanlılığı və birliyini saxlayaraq, planlarını pozacaq”, – deyə Ərdoğan vurğulayıb.