Bayram günlərində təcili tibbi yardıma müraciətlərin sayı artıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzVision.az-a verilən məlumata görə, müraciətlərin sayı adi günlərdən çoxdur.

”Dekabrın 31 və yanvarın 1-də Stansiyaya müraciətlərin sayı 2500-dən çox olub. Müraciətlər əsasən, soyuqdəymə, qızdırma və təcili yardıma daxil olan digər hallarla bağlı olub. Ümumilikdə isə təcili yardım briqadaları bayram və istirahət gücləndirilmiş iş rejimində və növbətçilik əsasında fəaliyyət göstərir”.