Türkmənistan İrana satdığı qazı kəsib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb İranın qaz pulunu ödəməməsidir. İran tərəfi isə bunu təkzib edib.

Türkmənistan İrana tədarük etdiyi qazın həcminin 700 milyon kubmetr olduğunu açıqlayıb. İran tərəfi isə bundan sonra qaz ehtiyaclarını özünün qarşılaya biləcəyini bildirib.