Barak Obamanın imzaladığı fərmana əsasən, dünən axşam saatlarında ABŞ-dan qovulmuş rusiyalı diplomatları daşıyan xüsusi təyyarə Bakı vaxtı ilə saat 3:08-də Moskvada yerə enib.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, təyin olunmuş vaxta qədər Yeni il bayramlarındakı ajiotaj üzündən təyyarə bileti tapmamış diplomatları ABŞ-dan çıxarmaq üçün Moskvadan təyyarə göndərilmişdi.

Xatırladaq ki, rusiyalı hakerlərin ABŞ prezidentinin seçkilərinə müdaxiləsini bəhanə gətirərək, Barak Obama 35 Rusiya diplomatının ölkədən qovulması barədə fərman imzalamışdı. Buna qarşılıq olaraq, Rusiya prezidenti Vladimir Purin Moskvadakı amerikalı diplomatların uşaqlarını Kremlə Yeni il şənliyinə dəvət edib.