Fransa prezidenti Fransua Olland İraqa səfər edib.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Olland İraqda İŞİD-ə qarşı əməliyyatda iştirak edən fransalı hərbçilərlə görüşəcək.

Fransa prezidentinin həmçinin İraqın ali rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.