Çinin HTC şirkəti gələn ilin birinci rübündə ən azı üç yeni smartfon təqdim edəcək.

İKT.lent.az-ın “ePrice” nəşrinə istinadən məlumatına görə, ehtimallara əsasən ilk olaraq yanvarın 12-də anons ediləcək X10 modeli ictimaiyyətə açıqlanacaq.

İlkin məlumatlara əsasən, bu cihaz “SoC MediaTek Helio P10” platforması və 5,5 düym diaqonallı displeylə təchiz ediləcək.

Növbəti belə smartfon “Ocean” kod adı altında gizlənən HTC 11 modeli olacaq. Bu cihazı fevralın 27-də başlayacaq “MWC 2017” sərgisində təqdim edə bilərlər.

Mənbənin məlumatına görə, üçüncü belə cihaz hazırda “Ocean Note” adı altında olan planşetofon olacaq. Bu isə o deməkdir ki, o, yeni flaqman cihazına oxşayacaq, ancaq daha iri olacaq.

Burada “One” modelini xatırlamaq olar ki, “One Max” modeli sonradan istehsalda davamlı olmadı. Təəssüf ki, yeni model barədə heç bir məlumat yoxdur.