İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubunda baş verən terror aktı Türkiyədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına zəmin yaradıb.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, fövqəladə vəziyyətlə bağlı qərar bu həftə Türkiyə Böyük Millət Məclisinin iclasında müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan daha üç ay uzadılıb.