Çində kömür şaxtasında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “Sina” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin mərkəzi Xenan vilayətində qeydə alınıb. Xilasedicilər hadisə zamanı şaxtada azı 50 nəfərin olduğunu bildiriblər.

Xəbərdə qeyd olunur ki, onların 7-i dağıntılar arasında qalıb. Hadisə yerinə təcili yardım və dövlət orqanlarının nümayəndələri gəlib.

Təhqiqat aparılır.