Salyanda oyun salonunu soyanlar tutulublar. Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tərlan Ağayevə məxsus çayxanadan 3 ədəd televizor və 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən həmyerliləri Asif Cavadov və Samir Quliyev tutulublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.