Hindistanın məşhur aktyoru Om Puri vəfat edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Bollivudun 66 yaşlı aktyoru Mumbayda yaşadığı evdə ölü tapılıb.

Yaxın dostu Anupam Xeri bildirib ki, aktyorun ölümünə səbəb infarkt keçirməsi olub.

Qeyd edək ki, aktyor Bollivud filmləri ilə yanaşı İngiltərə istehsalı olan “Cevel in de kraun” və “Siti ov joy” seriallarında da rol alıb.