Sofia, qarşısındakı üzləri izləyə bilir və göz əlaqəsi quraraq, insanları tanıya bilir.

AzEuroNews haberturk.com-a istinadən xəbər verir ki, Hanson Robotics və Hiroshi İshiguro Laboratoriyası, süni zəka texnologiyasında yeni səhifə açaraq, yer üzünün insana ən çox bənzəyən robotunu yaratdı.

Dr.David Hansonun rəhbərliyindəki mühəndis və dizaynerlərin yaratdığı robot Sofia, 2015-ci ilin aprel ayında ilk dəfə aktivləşdirildi. Sofianın üzü, Hansonun həyat yoldaşı və İngilis aktrisası Audrey Hepburndan ilham alaraq yaradılıb.

62-dən artıq üz ifadələrini təqlid edə bilən Sofianın dərisi, patentləşmiş silikondan düzəldilib.

Kompüter alqoritmlərinə uyğun çalışan kameralar sayəsində Sofia, qarşısındakı üzləri izləyə bilir və göz əlaqəsi quraraq insanları tanıya bilir.

Chrome-un işlətmə sistemi ilə uyğun çalışan səs tanıma sistemi ilə Sofia, danışa və söhbət edə bilir.

Hanson, ” Bu robotları, sağlıq durumu, müayinə, təhsil və xidmət tətbiqlərində insanlara kömək və dost olması üçün yaradırıq”- deyə bildirib.

CNBC tərəfindən yayımlanan videoda isə Sofianın, Hansonun ” İnsanlığı məhv edəcəksən? Xahiş edirəm “Xeyr de” sualına, “Bəli, məhv edəcəm” cavabını verdiyi görünür.