Braziliyanın şimalında həbsxanada azı 33 məhbusun meyiti aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hadisənin baş verdiyi Rorayma ştatının hökuməti məlumat verib.

Ştatın Ədliyyə və Mülki Məsələlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, hadisə “Monte Kristo” həbsxanasında baş verib. Məlumata görə, xüsusi əməliyyatlar batalyonunun hərbçiləri hadisənin baş verdiyi həbsxana ərazisindədir.

Hələlik hadisənin səbəbləri barədə məlumat verilmir.