Bakının Xətai rayonunda yerləşən “Dəmirçi Plaza”da atışma olub. AzEuroNews.com-un məlumatına görə, hadisə binada yerləşən İraq Hava Yollarının ofisində qeydə alınıb. Ofisə daxil olan naməlum silahlı İraq Hava Yollarının Bakı ofisinin xanım əməkdaşını iş yerində qətlə yetirib.

Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.