Son zamanlar Kloe Louqnandan ayrılacağı xəbəri ilə gündəmə gələn müğənni Sərdar Ortaç həyat yoldaşını çox sevdiyini deyib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni “Kanal D”də yayımlanan “Rəngli səhifələr” verilişinə ABŞ-dan telefonla qatılıb.

Həyat yoldaşına ilk gün olduğu kimi aşiq olduğunu söyləyən Ortaç ona olan sevgisini belə ifadə edib:

“Kloe tez inciyən bir çiçəkdir. Dırnağı ağrısa, mənim canım yanar. O, üşüyəndə mən titrəyirəm. Kədərlənəndə məhv oluram. Kloe “əyləş” deyəndə əyləşən qadın deyil. Ağlına nə gəlsə, onu edir, özbaşınadır. Bu səbəbdən onu hələ də sevirəm”.

Müğənni ayrılmaq və Miamidən köçmək kimi bir niyyətlərinin olmadığını və 2017-ci ildə uşaq sahibi olmaq istədiklərini də bildirib.