Rusiyanın Arxanqelsk vilayəti üzərində meteorit partlayışı baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə Kotlas yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, meteorit atmosferin qalın qatında yanıb. Hadisə nəticəsində dağıntı və zərərçəkən yoxdur.

https://www.youtube.com/watch?v=B9DlcK0RSZs