Bakıda telefon mağazası qarət olunub. AzEuroNews.com-un məlumatına görə, Bakı şəhər sakini Mirzəkərim Yaqubova məxsus mağazadan 1400 manat pul və 25 ədəd mobil telefon oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Yaşar Ziyadov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.