Ombre rəngi açıq rəngdən tünd rəngə müntəzəm olaraq keçməsini bildirir. Bu texnika saç rənglənməsində çox məhşur oldu, lakin tədricən paltara keçdi. Hazırki üslub cansıxıcı həftə günlərini bəzəyərək, saça, dırnaqa, paltara, məkanın dekoruna parlaq rəng çalarları əlavə edə bilər. Bir sözlə o, yaradıcılıq üçün böyük imkan yaradır.

AzEuroNews dawoman.ru-ya istinadən xəbər verir ki, efektli ombre paltarını səliqəli və diqqətlə seçmək lazımdır. Dizaynerlər əksərən üstünlüyü uzun donlara, yubkalara, koftalara, cardiganlara, şalvarlara və nadir hallarda qısa şortiklərə, jiletlərə və jaketlərə verirlər. Rəngdən və qradiyentin dolğunluğundan asılı olaraq  o, gündəlik paltarlar üçün, həmişə münasib deyil. Qradiyent rəngi özü-özlüyündə dama, zolaq, strazlar, naxış, pilələr və.s kimi elementlərlə uyğunlaşmır.

Möhtəşəm uzun qradiyent donlar romantik və zərifliyin obrazlarını təmsil edir. Ombre həmçinin toy sahəsinidə fəth edib. Bir çox gəlinlər klassik ağ rəngini fərqli pastel çalarları ilə uyğunlaşdıraraq seçim edirlər.

Bu üslubda paltarların nə dərəcədə məftunedici görsənməsini dəyərləndirin.

ombre-azeuro-1 ombre-azeuro-2 ombre-azeuro-3