Müğənni Səbinə Əsgərova yeni klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, “Yağ yağışım” adlanan mahnının ekran həlli rejissor Anar Hüseynova həvalə olunub.

Bir müddət əvvəl S.əsgərova prodüser Təranə Səmədova ilə işbirliyinə başlayıb. T.Səmədova bildirib ki, klip bir neçə gün içində “Youtube”da 60 mindən çox izlənilib.

Mahnının sözləri və musiqisi İsmail Əsədova məxsusdur.