Cəlilabad sakini öz həmyerlisini qətlə yetirib.

AzEuroNews.com-un məlumatına görə, rayon sakini Murad Muradov münaqişə zəminində həmyerlisi Emin Abdullayevə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən E.Abdullayev orada ölüb.
Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Muradov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

qetl-azeuro-1