Bir ömür qəfəsdə yaşayıb, sirkin səhnəsində rol oynayan və yalnız qocalıqda öz qardaşlarının azadlıqda necə yaşamasını bilən, aslan üçün necədir? Küləyin hənirtisini, yağışın rütubətini, otların xışıltısını hiss etmək və ulduzların necə parıldamasını görmək…

AzEuroNews marketium.ru-ya istinadən xəbər verir ki, Uill ləqəbli aslan 13 il sirkdə “işləyib”. Onun bütün həyatı səhnə və volyerlə kifayətlənirdi. O qardaşlarının gördüyü heç nəyi görməyib. Yalnız heyvan təlimçisini, camaatın təəcüblü üzlərini və işıq projektorlarını. Lakin heyvanlanların kralına qocalıq gələndə, rəhbərlik onu Braziliyanın açıq qoruğunun himayəsinə verib. Uill torpağı, otu, ağacları ilk dəfə gördü və onun reaksiyası unikaldır.

Təəsüf, çarx qoca aslanın xoşbəxt ola bilməsi haqqındadır və yalnız onun ölümündən sonra yayımlanıb. O,ürək sarsıdır və ağladır… özünüz baxın.

Qoruğun nəzarətçisi danışırdı ki, Uill qoruqda həqiqətəndə xoşbəxtdir. O, uzun müddət otun üstündə uzanıb, səmaya baxırdı. O, başqa aslanlarla ünsiyyətdə olurdu və pəncələrini torpağa buraxıb, torpağı qamarlayaraq oynayırdı.

Bu çox təsirlidir, digər tərəfdən isə insanın həqiqətəndə ətraf mühitində olan məxluqların taleyinə necə təsir etdiyinə bir nümunədir. Təəssüf, həmişə yaxşı tərəfə deyil.