Şəmkirdə ev almaq məqsədi ilə getdikləri qohumlarının qoyunlarını oğurlayanlar tutulub. AzEuroNews.com-un məlumatına görə, Şəmkir rayon sakini 29 yaşlı Vüqar Lələyev və dostu, Gədəbəy rayon sakini 21 yaşlı Elvin Məmmədovla Dağ Cəyir kəndində oğurluq etmək qərarına gəliblər. Tanışlar vəkil Allahverənova məxsus tövlədən 15 baş xırda buynuzlu davarı gizli yolla ələ keçiriblər. Dostlar tövlədə itin olacağından ehtiyatlanaraq xüsusi ustalıq nümayiş etdiriblər.

Zərərçəkən isə, hadisədən gecə saatlarında xəbər tutub. Tövləyə baxış keçirməyə gedən Vəkil Allahverənov oranı boş görəndə gözlərinə inanmayıb. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları da gəlib.

Uzun müddətdir çoban işləyən dostlar istəklərinin reallaşmamasına üzgün görünürlər. Saxlanılan Vüqar Lələyev də, həmkəndlisinin qoyunlarına qənim kəsildiyini etiraf edib. Оnun niyyəti qoyunları satıb ev almaq olub.

Şəmkir rayon polis şöbəsinin əməkdaşları çobanların başqa kimlərin mal-qarasına göz dikdiyini araşdırır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.