“İçerde” serialının “Alyanak” obrazını canlandıran aktyor Yıldıray Şahinlər oğlu və həyat yoldaşı ilə birlikdə “E-Bebek” dərgisi üçün kamera qarşısına keçib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor ata olmaqla bağlı hislərini dərgi üçün bölüşüb.

“Anladım ki, cənnət dedikləri şey əslində sizin uşağınızdır” deyə o, bildirib.