Biləsuvarda mağazanı yaran rayon sakinləri tutulublar. AzEuroNews.com-un məlumatına görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 mağazadan pul, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Fuad İsazadə, Sabir Ağazadə və Mübarək Məmmədov tutulublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.