“Android” əməliyyat sisteminin yaradıcısı Endi Rubin “Essential” adlanan yeni mobil cihaz yaradacaq.

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, güman edilir ki, bu cihaz “Apple” məhsulları ilə rəqabət apara biləcək.

“Essential” ötən ilin sonunda qeydiyyata alınıb. Onun ştatı 40 nəfərdən ibarətdir ki, bundan əvvəl onlar “Apple” və “Google”da çalışıblar. Bildirilir ki, şirkətin fəaliyyəti mobil cihazların tərtibatından ibarət olacaq.

Hazırda qurucu öz personalı ilə artıq bu il təqdimatı olacaq ilk model üzərində çalışır. Bu model böyük həcmli olacaq. “Essential” cihazının qiyməti bilinmir. Qeyd edilir ki, smartfon “iPhone”dan ucuz qiymətə olmayacaq.